Neft Səudiyyə Ərəbistanı xəbəri ilə 6 faiz ucuzlaşdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neft Səudiyyə Ərəbistanı xəbəri ilə 6 faiz ucuzlaşdı

Səudiyyə Ərəbistanında neft hasilatı 2-3 həftə ərzində normallaşcaq.

Bu barədə öz mənbələrinə istinadən “Reuters” xəbər yayıb. Mənbələr dünyanın ən böyük neft ixracatçısının 2-3 həftə ərzində hasilatı tam bərpa edəcəyini iddia ediblər. 

Mənbələr, Səudiyyə Ərəbistanının azalan gündəlik 5,7 milyon barellik neft hasilatının 70%-ni yaxın günlərdə bərpa edəcəyini qeyd ediblər.

Xəbərdən sonar neft 6% ucuzlaşıb. Bakı vaxtı ilə saat 18:15-də Brent nefti 64,90 dollardan alıcı tapıb. 

Xəbər verdiyimiz kimi, neft obyektlərinə dron hücumları nəticəsində Səudiyyə Ərəbistanının neft hasilatı 50 faiz azalıb. 

Brent neftinin qiyməti Bazar ertəsi günü 71,95 dolları görmüşdü.

Marja