Neft qiymətlərinə stimul paketlərinin təsiri | Banco.az

Neft qiymətlərinə stimul paketlərinin təsiri

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri stimul paketləri fonunda stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri ABŞ-da imzalanan stimul paketlərinin koronavirusa yoluxma sayının artması ilə tarazlıq yaratması səbəbilə stabilliyini saxlayır.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti ötən həftə 1.8% dəyər itirərək 48 dollar səviyyələrində müəyyənləşib.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:49-da 0,2% geriləyərək 48.12 dollar səviyyəsinə düşüb.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında cümə axşamı 0,2% yüksəldikdən sonra 0.3% dəyər itirərək bir bareli 51.13 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et