Neft qiymətlərinə Covid-19 peyvəndinin təsiri | Banco.az

Neft qiymətlərinə Covid-19 peyvəndinin təsiri

Tamara Mustafayeva, Banco.az

Neftin qiyməti Covid-19 əleyhinə peyvənd kəşf edilməsi xəbərlərinin koronavirusa yoluxma sayının artmasından yaranan narahatlıqları üstələməsi səbəbilə ardıcıl olaraq üçüncü həftəni də qazancla başa vurmağa hazırlaşır.

Fyuçerslər bir bareli 42 dollar səviyyəsinə geri qayıtmaqla avqust ayından bəri ən uzun həftəlik qazanc silsiləsinə imza atacaq.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu York əmtəə birjasında (Nymex) Bakı vaxtı ilə 07:53-də 2 sent yüksələrək bir bareli 41,76 dollar səviyyəsinə çatıb. Daha aktiv icra edilən yanvar fyuçersi isə 5 sent dəyər itirərək bir bareli 41,85 səviyyəsinə geriləyib.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında dünən 0,3% gerilədikdən sonra yenidən 1 sent geriləyək bir bareli 44,19 dollara düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et