Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri stabilliyini saxlayır.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Asiyada koronavirusa yoluxma halının artması səbəbilə enerji tələbinə dair narahatlıqların çoxalması fonunda stabilliyini saxlayır.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 52 dollar səviyyəsində icra edilib.
ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu York əmtəə birjasında (Nymex) 0.2% dəyər itirdikdən sonra bu gün Bakı vaxtı ilə 07:52-də 52.27 dollara geriləyib.
Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0.6% gerilədikdən sonra 0.4% dəyər qazanaraq bir bareli 54.98 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!