Neft qiymətlərindəki bahalaşma dayandı | Banco.az

Neft qiymətlərindəki bahalaşma dayandı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində stabil dinamika müşahidə edilir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri ötən iki il üzrə ən uzun vədəli bahalaşma qrafikini dayandırıb.

Qeyd edək ki, Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti ardıcıl yeddi seans boyunca 12%-dən çox yüksələrək 2019-cu ilin fevral ayından bəri müşahidə edilən ən uzun qazanc seriyasına imza atmışdı.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) çərşənbə axşamı 0,7% dəyər qazandıqdan sonra bu gün Bakı vaxtı ilə 08.21-də 0,2% yüksələrək bir bareli 58.22 dollar səviyyəsində icra edilir.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0.9% yüksəldikdən sonra 9 sent dəyər itirərək bir bareli 61 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et