Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni dövrə qədəm qoyub.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti tələbin yaxşılaşmasına dair müsbət proqnozlar və Covid-19 pandemiyası ilə bağlı xəbərlərin fonunda mart ayından bəri ən böyük həftəlik qazanc dinamikasına dorğu irəliləyir. Axi-nin qlobal bazarlar üzrə baş strateqi Stephen Innes isə birjalarda iki addım irəli, bir addım geri atılan bir dövrə daxil olduqlarını bildirib.
Qeyd edək ki, Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti həftə ərzində ümumilikdə 7% bahalaşıb.
ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) dünən 0,5% dəyər qazandıqdan sonra 2 sent geriləyərək bir bareli hazırda 63.44 dollara icra edilir.
Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 1 sent yüksələrək bir bareli 66.95 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!