Neft qiymətlərində ucuzlaşma müşahidə olunur | Banco.az

Neft qiymətlərində ucuzlaşma müşahidə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə olunmaqdadır.

Banco.az xəbər verir ki, ABŞ tarixində ikinci ən böyük bank iflası olan SVB-nin müflisləşməsinin bazarlara təsiri və “Aramco”nun gündəlik istehlakın 2023-cü ilin sonuna qədər 102 milyon barelə yüksələcəyi proqnozu ilə neft həftəyə qeyri-sabit başlayıb.

ABŞ xam neftinin qiyməti 1,81 faiz ucuzlaşmaqla 75,29 dollara ticarət olunur.

1,69 faiz ucuzlaşan Brent markalı neftin bir bareli isə 81,38 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et