Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni günə ucuzlaşma ilə başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Çində keçirilən "Yeni Ay İli" tədbirlərindən əvvəl koronavirusa yoluxma halının artması və bu səbəblə tətbiq edilən səyahət məhdudiyyətlərinin fonunda geriləyib.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti bazar ertəsi 1% yüksəldikdən sonra 0.5% dəyər itirərək 52 dollar səviyyəsinə geriləyib.
ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:35-də 27 sent ucuzlaşmaqla 52.50 dollara geriləyib.
Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0.9% yüksəldikdən sonra 0.6% ucuzlaşaraq bir bareli 55.56 dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!