"Neft qiymətlərində sürətli yüksəliş gözləmirik" | Banco.az

"Neft qiymətlərində sürətli yüksəliş gözləmirik"

Beynəlxalq Enerji Agentliyinin (UEA) İcraçı direktoru Fateh Birol neft qiymətlərinin sürətli bir şəkildə yüksəlməsini gözləmədiklərini, bunun da Türkiyə kimi enerji idxal edən ölkələr üçün yaxşı xəbər olduğunu söyləyib.

"ARTIQ İKİNCİ AKTYOR VAR" 

İndiyədək neft qiymətlərini OPEC-in təyin etdiyini, artıq bunun dəyişdiyini qeyd edən Birol "artıq yeni ikinci bir aktyor var; o da ABŞ-ın şist neftidir. Bu neft 8 il əvvəl çıxmağa başladı. ABŞ-ın şist neftinin səviyyəsi 2 İraqı əvəz edə biləcək səviyyədədir" deyib. 

Ən sərfəli kredit üçün müraciət et

Birolun sözlərinə görə, artıq yalnız Viyanada verilən qərarlara deyil, ABŞ-dakı neft istehsalının necə artacağına baxmaq lazımdır.  

2019-da və sonra bu iki böyük aktyor və geo-siyasi qeyri-müəyyənliklər səbəbilə qiymətlərdə böyük bir volatillik olacağını söyləyən Birol "Volatilliyin ən yüksək olduğu dövrlərdən birinə giririk" deyib. 

Hazırda Brent neftinin qiyməti 53 dollar səviyyələrindədir. 

Marja