Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri stabilliyini saxlayır.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti "İda" qasırğasının Meksika Körfəzini öz təsiri altına alması fonunda stabilliyini saxlayır.
ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% yüksəlməklə hazırda bir bareli 69.38 dollara icra edilir.
Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,2% bahalaşaraq bir bareli 72.76 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!