Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri bahalaşmağa davam edir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri qlobal birjaların daralması və tələbin yaxşılaşması ilə bahalaşma dinamikasını davam etdirərək bir ilin ən yüksək səviyyəsinə çatıb.
London əmtəə birjasında bir barel neftin qiyməti 61 dolları üstələyib.
ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bazar ertəsi 2% dəyər qazandıqdan sonra yenidən 0.9% yüksələrək bir bareli 58.46 dollar səviyyəsində icra edilir.
Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 2.1% yüksəldikdən sonra bu gün Bakı vaxtı ilə 10:03-də bir bareli 61.11 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!