Neft qiymətləri yenidən ucuzlaşdı | Banco.az

Neft qiymətləri yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə ucuzlaşaraq başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Texasda soyuq hava dalğasının başa çatması ilə neft quyularının yenidən işlək vəziyyətə qayıtması və ABŞ-ın İran ilə danışıqlara müsbət yanaşması xəbərlərinin fonunda ucuzlaşıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 2% geriləyək 59 dollara enib.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:21-də 1,9% geriləyərək bir bareli 59.38 dollara qədər ucuzlaşıb.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0,6% gerilədikdən sonra yenidən 1,6% dəyər itirərək bir bareli 62.90 dollara qədər enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et