Neft qiymətləri ucuzlaşmaqda davam edir | Banco.az

Neft qiymətləri ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft ötən 5 ayın ən pis həftəsini keçirir. 

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Delta ştammına dair narahatlıqlar və Birləşmiş Ərəb Əmirlikləri ilə OPEC-in razılıq əldə etməyə yaxınlaşması fonunda bu ilin mart ayından bəri müşahidə edilən ən pis həftəlik göstəricilərə dorğu irəliləyir.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% dəyər itirməklə hazırda bir bareli 71.58 dollara icra edilir.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında cümə axşamı axşamı 1,7% ucuzlaşdıqdan sonra yenidən 0,1% geriləməklə bir bareli 73.40 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et