Neft qiymətləri ucuzlaşmağa başlayıb | Banco.az

Neft qiymətləri ucuzlaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft tədarüklə bağlı narahatlıqlar səbəbindən ucuzlaşıb.

Banco.az xəbər verir ki, dünyanın ən mühüm su yollarından birində gəmilərə hücumların davam etməsi təhlükəsi fonunda ABŞ-da hasilatın artması ilə bağlı narahatlıqların da gündəmə gəlməsi ilə neft üç günlük bahalaşmadan sonra ucuzlaşıb.

Qlobal göstərici sayılan Brent markalı neftin bir bareli təxminən 79 dollara, ABŞ xam nefti isə 74 dollardan aşağı düşüb.

Qeyd edək ki, çərşənbə günü açıqlanan hökumət məlumatları göstərir ki, ABŞ-da xam neft hasilatı ötən həftə gündəlik 13,3 milyon barellə yeni rekord həddə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram