Neft qiymətləri ucuzlaşmağa başlayıb | Banco.az

Neft qiymətləri ucuzlaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft yeni həftəyə ucuzlaşma ilə başlayıb.

Banco.az xəbər verir ki, neftin qiyməti İsrailin Qəzzaya qurudan hücumunu təxirə salmasından  sonra geniş səhm bazarlarında itkilərin ardınca ucuzlaşıb.

Qlobal göstərici sayılan Brent markalı neftin bir bareli 92 dollardan aşağı düşərkən, ABŞ xam nefti iki həftəlik yüksəlişdən sonra 87 dollar ətrafında ticarət edilib.

Xatırladaq ki, İsrail və HƏMAS arasındakı münaqişənin digər ölkələrə, o cümlədən Livana, İrana və potensial olaraq ABŞ-a qədər uzanacağına dair narahatlıqlar səbəbindən Brent markalı neftin qiyməti ötən həftə ərzində təxminən 8 faiz bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et