Neft qiymətləri ucuzlaşır | Banco.az

Neft qiymətləri ucuzlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xam neftin qiyməti dolların bahalaşması və Rusiya neftinin qiymət həddi kimi qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər səbəbindən ucuzlaşıb.

Banco.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 1,1 faiz ucuzlaşaraq 81,73 dollar olub. 

ABŞ xam neftinin bir barelinin qiyməti isə 1,2 faiz dəyər itirməklə 76 dollara düşüb.

Qeyd edək ki, dolların möhkəmlənməsi dollarla satılan əmtəələri daha baha edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et