Neft qiymətləri ucuzlaşıb | Banco.az

Neft qiymətləri ucuzlaşıb

Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiyanın proqnozlardan yüksək olması bütün növ aktivlərə təsir göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarları da inflyasiya məlumatlarından sonra monetar siyasətin daha da sərtləşdirilməsinin tələbə təsir edəcəyi ehtimalı ilə dəyər itirib.

ABŞ xam neftinin bir bareli səhər saatlarında 0,21% ucuzlaşmaqla 87,13 dollara geriləyib.

Brent markalı neftin bir bareli isə 0,24% geriləmə ilə 92,95 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et