Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni iş həftəsinə ucuzlaşma ilə başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Süveyş Kanalında quruya çıxarılan Ever Given gəmisinin xilasetmə heyəti tərəfindən qismən üzdürülməsi və investorların karantin müddətlərinin uzadılmasına yönəlməsi fonunda ucuzlaşıb.
ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 2,4% geriləyərək bir bareli 59.54 dollara düşüb.
Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 2% dəyər itirərək bir bareli 63.25 dollar səviyyəsinə qədər ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!