Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni günə ucuzlaşma ilə başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ neft ehtiyatlarının azalmasına baxmayaraq maliyyə birjalarındakı satışların artması ilə ucuzlaşıb.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 0.4% geriləyərək 52 dollara qədər ucuzlaşıb.
ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:07-də 23 sent ucuzlaşaraq 52.62 dollara geriləyib.
Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0.2% gerilədikdən sonra yenidən 0.5% geriləyərək bir bareli 55.53 dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!