Tamara Mustafayeva, Banco.az
Dünya birjasında neftin qiyməti ABŞ-da Senat və Prezident kürsüsündə fərqli partiyaların təmsil olunacağına dair proqnozların böyük həcmli maliyyə təşviq paketlərinə olan ümidlərin azalması fonunda ucuzlaşıb.
Nyu York əmtəə birjasında neft fyuçersləri çərşənbə günü 4% yüksəldikdən sonra bir barelin qiyməti 39 dollardan aşağı düşüb. Bir neçə əyalətdə səslərin sayılması davam etsə də, Joy Bayden cüzi üstünlüklə qazanmağa daha yaxındır.
Qeyd edək ki, ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu York əmtəə birjasında (Nymex) Bakı vaxtı ilə 07:44-də 1,3% geriləyərək bir bareli 38,64 dollar olub.
Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında çərşənbə günü 3,8% yüksəldikdən sonra 1,3% geriləyərək bir bareli 40,68 dollar müəyyənləşib.
Bizi sosial şəbəkələrdən izləyin!!