Müəllif: Tamara Mustafayeva, Banco.az
Neft ötən üç ayın ən aşağı səviyyəsinə yaxın ticarət olunur.
Banco.az xəbər verir ki, neft Çin və ABŞ-da tələb proqnozu ilə bağlı davam edən narahatlıqlar fonunda təxminən üç ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.
ABŞ xam neft fyuçersləri əvvəlki üç seansda 7 faizdən çox dəyər itirdikdən sonra bir bareli 67 dollardan bahalaşsa da, qlobal əhəmiyyət kəsb edən Brent markalı neft isə 2021-ci ilin dekabrından bəri qeydə alınan ən aşağı bağlanışa doğru gedir.
Qeyd edək ki, ABŞ-da zəifləməyə başlayan inflyasiyanın bu həftə FED-in faiz artımını dayandırmaq səylərini dəstəkləyərək istehlakı stimullaşdıracağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
