Neft qiymətləri stabilliyini saxlayır | Banco.az

Neft qiymətləri stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti FED sədri Cerom Pauelin ABŞ  iqtisadiyyatının daha güclü inkişaf dinamikası üzrə irəlilədiyinə dair fikirlərinə baxmayaraq koronavirusa yoluxma sayının artması fonunda stabilliyini saxlayır. Əmtəə birjalarının diqqəti isə İran və ABŞ arasında baş tutacaq nüvə razılaşmasına dair danışıqlara yönəlib.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) cümə günü 0,5% dəyər itirdikdən sonra bir bareli 59.34 dollardan icra edilir. 

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında əvvəli seansda 0,4% gerilədikdən sonra bir bareli 62.97 dollardan icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et