Neft qiymətləri, ABŞ ilə Çin arasında uzun müddətdir davam edən ticarət müharibəsində razılaşma işarələrinin olması ilə səkkiz ayın ən yüksək səviyyələrinə qalxıb.
Neft qiymətləri son seanslarda 1.7% artaraq 23 Sentyabrdan bu yana ən yüksək səviyyələrinə qalxıb.
Həmçinin Səudiyyə Ərəbistanı dövlət neft şirkəti "Aramco" səhmlərinin 1.5%-ini satacaq və bu ilk satışda şirkətin bazar dəyərinin 1.71 trilyon dollar təşkil edəcəyi gözlənilir.
Vaşinqton və Pekin, qlobal neft tələbinə mənfi təsir edən bir ünsür olan ticarət mövzusunda anlaşılmazlığı həll etməyə yaxınlaşıblar. Xam neft qiymətləri Oktyabrın əvvəlindən bu yana 10%-dən çox yüksəlib. Ticarət müharibəsində "atəşkəs" olacağı və neftin bahalaşacağı gözlənilir.
Bakı vaxtı ilə saat 12:35-də Brent neft 63.34 dollardan alıcı tapıb.
marja