Tamara Mustafayeva, Banco.az
Qlobal tələbat narahatlıqları səbəbindən dünya bazarlarında neft qiymətləri dəyişkən dinamika ilə ticarət olunur.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qlobal tələbatla bağlı narahatlıqlar və ABŞ-dakı strateji ehtiyatların artırılması xəbərləri fonunda cüzi bahalaşıb.
ABŞ xam neftinin bir barelinin qiyməti 0,18 faiz dəyər qazanmaqla 88,64 dollara çatıb.
Brent markalı neftin bir bareli isə 0,06 faiz bahalaşma ilə 94,16 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!