Neft qiymətləri qismən bahalaşdı | Banco.az

Neft qiymətləri qismən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Çinin sıfır Kovid siyasətini davam etdirməsi, mərkəzi bankların inflyasiya ilə mübarizə aparmaq üçün monetar siyasəti sərtləşdirməsi və investorların tələb proqnozunu analiz etməsi nəticəsində kəskin ucuzlaşan neft yeni gündə tarazlıq axtarışındadır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, çərşənbə günü ötən 8 ayın ən aşağı səviyyəsinə geriləyən ABŞ xam nefti yeni ticarət günündə 83 dollara yaxınlaşıb.

Brent markalı neft isə 1%-ə yaxın bahalaşmaqla 89 dollara çatıb.

Qeyd edək ki, dünyanın ən böyük neft idxalçısı Çində pandemiya ilə mübarizə üçün görülən tədbirlər ümumi tələb mənzərəsinə təzyiq göstərməkdə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et