Tamara Mustafayeva, Banco.az
Qlobal iqtisadi mühitin pisləşməsi tələb narahatlıqlarını artırdığından və güclənən ABŞ dolları xam nefti bahalaşdırdığı üçün neft bazarlarında üçüncü həftədir ki, dəyər itkisi müşahidə olunur.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ xam nefti bu həftə 1%-dən çox ucuzlaşaraq bir bareli 85 dollara düşüb. Brent markalı neft də həftə ərzində 90 dolları sınaqdan keçirib.
Səhər saatlarında 0,49 faiz bahalaşan ABŞ xam nefti hazırda 85,52 dollara, 0,63 faiz bahalaşan Brent nefti isə 91,41 dollara ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!