Neft qiymətləri OPEC qərarı astanasında | Banco.az

Neft qiymətləri OPEC qərarı astanasında

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri birjaların OPEC qərarını gözləməsi fonunda bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC tərəfindən veriləcək istehsalın artırılması ilə bağlı qərarın astanasında Nyu-York əmtəə birjasında 74 dollara qədər bahalaşıb.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% bahalaşaraq hazırda bir bareli 73.61 dollara icra edilir.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,1% dəyər qazanmaqla bir bareli 74.71 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram