Neft qiymətləri kəskin düşdü | Banco.az

Neft qiymətləri kəskin düşdü

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih hasilatın azaldılmasını gözləniləndən daha az təklifi edib.

Bundan sonra neft qiymətləri 5%-dən çox düşüb. Brent neftin barrel qiyməti 5,1% düşərək 58.50 dolları, Qərbi Texas neftinin (WTI) qiyməti də 45% düşərək 50.42 dolları görüb (Bakı vaxtı ilə saat 14:46-ya olan məlumat).

Xalid əl-Falih jurnalistlərə verdiyi açıqlamada hasilatın azaldılmasının gündəlik 1 milyon barel olmasının yetərli olacağını deyib. Bazar azaltmanın 1,3 milyon barel olacağını gözləyirdi.

Ən sərfəli kredit üçün müraciət et

Ötən həftənin sonu, Rusiya Prezidenti Vladimir Putinin və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın neft bazarını idarə etməyə yönəlmiş müqaviləni (hasilatın azaldılması müqaviləsi) 2019-cu ilədək uzatmağa razı olduqları bildirilmişdi. Bu xəbərdən sonra neft qiymətləri bir qədər yüksəlmişdi. 

Qeyd edək ki, bu gün OPEC-ə üzv və üzv olmayan ölkələr hasilatın azaldılmasını müzakirə edəcəklər.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et