Neft qiymətləri düşür | Banco.az

Neft qiymətləri düşür

Brent neftin barrel qiyməti beynəlxalq bazarlarda 63,23 dollardan ticarət olunur. 

Dünən 64,39 dollara qədər qalxan Brent neftin barrel qiyməti günü 64,34 dollardan bağlamışdı. Brent neftin barreli Bakı vaxtı ilə saat 12.30-da 1 faiz azalma ilə 63,23 dollardan ticarət olunub. Qərbi Texas növü (WTI) xam neftin barreli isə 56,64 dollardan alıcı tapıb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 1,1 milyon barrel (0,1 faiz) azalaraq 468,5 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi neft ehtiyatlarının 2,96 milyon barrel azalacağı istiqamətində idi. Ehtiyatların proqnozdan daha az azalma göstərməsi, neft qiymətlərinin geriləməsinə səbəb olur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et