Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri ABŞ neft ehtiyatlarının artması fonunda daha da geriləyib.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri ABŞ-da xam neft və yanacaq ehtiyatlarının artmasını göstərən sektor hesabatından sonra daha da geriləyib. Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 45 dollara düşüb.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu York əmtəə birjasında (Nymex) çərşənbə axşamı 0,4% gerilədikdən sonra bu gün Bakı vaxtı ilə 06:20-də yenidən 0.4% dəyər itirərək bir bareli 45.43 dollar səviyyəsinə geriləyib.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında çərşənbə axşamı 0.1% gerilədikdən sonra bu gün 0.4% geriləyərək bir bareli 48.64 dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!