Neft qiymətləri bahalaşır | Banco.az

Neft qiymətləri bahalaşır

Tamara Mustafayeva, Banco.az

Xam neft qiymətləri Pauelin çıxışından əvvəl tədarükün daralması səbəbindən həftəni yüksəlişlə başa vurmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, FED sədri Cerom Pauelin bugünkü çıxışından əvvəl xam neft qiymətləri bahalaşmaqdadır.

FED rəsmilərinin dünənki açıqlamalarından sonra ABŞ xam nefti əvvəlki seansı 2,5% ucuzlaşma ilə başa vursa da, bugün səhər saatlarında 93 dolları üstələyib. Hazırda 93,54 dollara ticarət edilir.

Brent markalı neftin bir barelinin qiyməti isə 0,7% artaraq 100 dolları ötüb.

Qeyd edək ki, Pauelin bugün Cekson Hol iclasında edəcəyi çıxışda inflyasiya ilə mübarizədə qərarlı olduqlarına dair bəyanatını təkrarlaması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et