Neft qiymətləri bahalaşıb | Banco.az

Neft qiymətləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük xam neft istehlakçıları olan ABŞ və Çində tələbə dair müsbət proqnozların verilməsi qiymətlərin qalxmasında mühüm rol oynayıb.

Dünən 79,96 dollara kimi bahalaşan Brent markalı neftin bir bareli daha sonra ucuzlaşsa da, yeni günə bahalaşaraq başlayıb. Hazırda 78,85 dollara satılır.

ABŞ xam neftinin bir bareli isə 0,33 faiz bahalaşmaqla 73,91 dollara alıcı tapmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et