Neft qiymətləri bahalaşdı | Banco.az

Neft qiymətləri bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, iki gündür ucuzlaşmaqda olan neftin qiyməti ABŞ-da ehtiyatların azalması səbəbindən yüksəlişə keçib. Amerika Neft İnstitutunun bu gün açıqlayacağı göstəricilərdə xam neft ehtiyatlarının ötən həftə 6.23 milyon barel azaldığının qeyd ediləcəyi gözlənilir. Bu proqnozlar özünü doğruldarsa, mart ayından bəri müşahidə edilən ən böyük geriləmə yaşanılacaq. 

Qeyd edək ki, ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,7% dəyər qazanmaqla hazırda bir bareli 72 dollara icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,4% bahalaşmaqla bir bareli 74.81 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et