Neft qiymətləri azalıb | Banco.az

Neft qiymətləri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft qiymətləri ABŞ-da xam neft və benzin ehtiyatlarının gözləniləndən daha çox artması, eyni zamanda tədarüklə bağlı narahatlıqların azalması səbəbilə üçüncü gün də ucuzlaşıb.

Banco.az xəbər verir ki, Brent markalı neftin dekabr ayında ixracına dair müqaviləsində bir barelinin qiyməti 0,30 dollar (0,35%) ucuzlaşaraq 85,52 dollar olub.

WTI markalı neftin ixracına dair noyabr fyuçersləri isə 0,42 dollar (0,50%) azalaraq bir bareli 83,07 dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et