Neft qiymətləri 3 ilin maksimumuna çatdıqdan sonra yenidən ucuzlaşdı | Banco.az

Neft qiymətləri 3 ilin maksimumuna çatdıqdan sonra yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ötən üç ilin maksimumumdan geriləyib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti dünən ABŞ-da xam neft ehtiyatlarının azalması fonunda 2018-ci ilin oktyabr ayından bəri müşahidə edilən ən yüksək səviyyədə günü başa vurduqdan sonra yeni günə ucuzlaşma ilə başlayıb.

Brent markalı neftin sentyabr fyuçersi London əmtəə birjasında çərşənbə axşamı 1,8% bahalaşdıqdan sonra 0,4% geriləməklə bir bareli 76.19 dollara düşüb.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) 0,5% dəyər itirməklə hazırda bir bareli 74.89 dollara icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et