Neft qiymətləri 3 faizdən çox ucuzlaşıb | Banco.az

Neft qiymətləri 3 faizdən çox ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft Moskvanın OPEC+ mesajından sonra 3 faizdən çox ucuzlaşıb.

Banco.az xəbər verir ki, Rusiya OPEC+-ın növbəti iclasında hasilat səviyyəsini dəyişdirməsi ehtimalının az olmasını iddia etdiyi və investorlar ABŞ-ın defolt böhranını izlədiyi üçün dünən neft qiymətlərində 3 faizdən çox ucuzlaşma qeydə alınıb.

ABŞ xam nefti cümə axşamı günkü ucuzlaşmanın bu həftəki qazancların çoxunu silməsi ilə hazırda bir bareli 72 dollardan aşağı satılır.

Brent markalı neftin bir bareli isə cüzi bahalaşma ilə 76,39 dollara ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et