Neft qiymətləri həddindən artıq təklifə dair narahatlıqlar ilə əlaqədar olaraq kəskin düşüb. Qiymətlər 2017-ci ildən bu yana ən aşağı səviyyələrə enib.
ABŞ xam nefti (WTI) 7% ucuzlaşaraq barelinin qiyməti 52,83 dollar, Brent markalı neftin barelinin qiyməti isə 6% azalma ilə 61.76 dollar səviyyəsini görüb. Sonradan qiymətlər cüzi yüksəlib.
Qeyd edək ki, 3 Oktyabrda Brent neftinin qiyməti 86 dolları keçmişdi. Həmin tarixdən bəri Brent nefti 29% ucuzlaşıb.
Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın İranla olan nüvə sazişini dayandırmasının ardından son illərin ən yüksək səviyyələrinə yaxınlaşmışdı. Ancaq Trampın rəhbərlik etdiyi hökumətin bu ayın əvvəlində səkkiz ölkənin İrandan neft almasına möhlət verməsindən sonra neft qiymətləri düşməyə başladı.
marja.az