Neft qiymətində yeni rekord | Banco.az

Neft qiymətində yeni rekord

Ümumilikdə isə xam neftin qiyməti son üç ayda 50 faiz bahalaşıb

Qlobal neft qiymətləri çərşənbə axşamı 2015-ci il üçün ən yüksək həddinə çatıb.

ANS PRESS-in məlumatına görə, Brent markalı xam neftin bir barrelinin qiyməti 67, 52 dollar olub.

Ekspertlərin fikrincə neft qiymətlərinin yüksəlişinə səbəb Liviyada istehsalın səngiməsi, Səudiyyənin qiymət qalxımına müsbət münasibətidir. Bununla belə bir çox ekspertlər qiymət qalxımının davam edəcəyinə skeptik baxırlar. Onlar bildirirlər ki, hazırda siyasi xəbərlərə müvafiq olaraq neft öz real qiymətini önləməyə başlayıb. Bunun bir göstəricisi də ABŞ-da neft anbarlarının dolmaqda davam etməsidir. Ümumilikdə isə xam neftin qiyməti son üç ayda 50 faiz bahalaşıb.

Liviyada davam edən etiraz aksiyaları bu ölkənin limanlarından neftin nəqlini yavaşıdıb. Öz növbəsində Səudiyyə Ərəbistanı isə “yüngül ərəb” neftinin qiymətini qaldırıb.


Lakin, qiymətlərin yenidən düşəcəyi demək olar ki, qaçılmaz görünür. Çünki OPEC ölkələri hazırda bazardakı tələbdən günə 2 milyon barrel artıq neft hasil etməkdədirlər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et