Neft qismən ucuzlaşdı | Banco.az

Neft qismən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC təsirində.

Banco.az xarici mətbuta istinadla bildirir ki, OPEC+ ölkələri hasilatın artırılması üzrə razılığa gələ bilmədiyi üçün avqust ayında sözügedən artımın həcmi ilə bağlı müzakirələr bu gün də davam edəcək.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% geriləyərək hazırda bir bareli 75.07 dollara icra edilir.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,1% dəyər itirməklə bir bareli 76.06 dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram