Neft qismən bahalaşdı | Banco.az

Neft qismən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni həftəyə bahalaşaraq başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-dakı iqtisadi yaxşılaşmanın İrandan gələcək neftlə bağlı narahatlıqları üstələməsi fonunda qismən bahalaşıb.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,6% bahalaşmaqla hazırda bir bareli 63.93 dollara icra edilir.

Brent markalı neftin iyul fyuçersi isə London əmtəə birjasında 0,6% dəyər qazanaraq bir bareli 66.82 dollar səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram