Neft qismən bahalaşdı | Banco.az

Neft qismən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri həftənin sonuncu iş günündə qismən bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, həftə ərzində neft qiymətlərində xam neft ehtiyatlarının çoxalması və dünya üzrə koronavirusa yoluxma halının yenidən artması səbəbindən qeyri-stabil dinamika müşahidə edilib. 

ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1%-ə yaxın bahalaşaraq Bakı vaxtı ilə 10:49-da 62.00 dollara icra edilib.

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,58% yüksələrək bir bareli 65.78 dollara qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram