Neft qismən bahalaşdı | Banco.az

Neft qismən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə nisbi bahalaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Vyanada baş tutacaq "Nüvə Razılaşması"na dair danışıqlar əsnasında sözügedən razılaşmanın yenidən qüvvəyə minəcəyi ilə bağlı proqnozların fonunda bir qədər bahalaşıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti bazar ertəsi Avropada koronavirusa yoluxma göstəricisinin artmasından qaynaqlanan narahatlıqlar səbəbindən 4,6% gerilədikdən sonra yenidən 0,8% yüksəlib.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,8% yüksələrək bir bareli 59.12 dollara çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,6% dəyər qazanmaqla bir bareli 62.53 dollar səviyyəsinə qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et