Neft-qaz nəhənginin rəhbəri qlobal enerji böhranının səbəblərini açıqladı | Banco.az

Neft-qaz nəhənginin rəhbəri qlobal enerji böhranının səbəblərini açıqladı

Müəllif - Aida İsaq, Banco.az

Sənaye sektoruna investisiya qoyuluşunun azalması dünyada müşahidə olunan enerji böhranının əsas səbəblərindən biridir.

Banco.az xəbər verir ki, bu barədə Fars körfəzi regionunun ən böyük özəl neft-qaz şirkəti olan “Crescent Petroleum”un baş direktoru Məcid Cəfər bildirib. Şirkət rəhbəri enerji sektorunda həm səmərəliliyi, həm sərfəliliyi, həm də davamlı inkişafı təmin etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təkcə neft-qaz sektorunda investisiya boşluğu ildə 200-300 milyard dollar həcmində qiymətləndirilir. M.Cəfər nüvə və bərpa olunan enerji sahələrində də investisiya çatışmazlığının hiss olunduğunu açıqlayıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram