Neft qasırğadan sonra ucuzlaşdı | Banco.az

Neft qasırğadan sonra ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri qasırğadan sonra nisbətən ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri Laura qasırğasının cüzi zərərlə ötüşməsi və neft emalı müəssisələrinə ziyan dəyməməsi səbəbilə həftə ərzində əldə etdiyi qazancının bir qismini itirib, ancaq dördüncü həftəyə də qazancla keçməyə hazırlanır.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu York əmtəə birjasında (Nymex) Bakı vaxtı ilə 07:35-də 0,2% geriləyək bir bareli 42,94 dollar səviyyəsinə düşüb. Fyuçers həftə ərzində 1,4% bahalaşıb.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında dünən 1,2% gerilədikdən sonra yenidən 0.1% geriləyək bir bareli 45,06 dollara düşüb. Daha çox tələb görən noyabr fyuçersi isə 0,1% geriləyək bir bareli 45,01 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et