Neft nəhəngi neft və təbii qaza investisiya yatırmağa çağırış edib | Banco.az

Neft nəhəngi neft və təbii qaza investisiya yatırmağa çağırış edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Saudi Aramco” şirkəti neft və təbii qaza investisiya qoyuluşuna çağırıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük enerji şirkətinin sədri Amin Nasser Hyustonda keçirilən “CERAWeek” konfransında neft və təbii qaz rəhbərləri qarşısında çıxışında qlobal enerji keçid planlarının yenidən təşkilinə çağırıb.

Nasser qeyd edib ki, investisiyaların artmasına baxmayaraq, alternativ enerji hələ də karbohidrogenləri əvəz edə bilməz.

Onun sözlərinə görə, bunlar nəinki 2030-cu ildə, neft və qazın pik həddə çatmasının hələ uzun bir müddət mümkün olmayacağı fikrini gücləndirir.

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan çıxışında o deyib:

Ən sərfəli kredit üçün müraciət et

"Biz neft və qazı mərhələli şəkildə ləğv etmək fantaziyasından əl çəkməli və bunun əvəzinə onlara lazım olan qədər real tələb fərziyyələrini əks etdirmək üçün kifayət qədər sərmayə qoymalıyıq."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et