Neft məhsullarının ixracı 4% azalıb | Banco.az

Neft məhsullarının ixracı 4% azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələri əsasında 11 mlrd. 342 mln. 821 min dollar xam neft, 699 mln. 898 min dollar məbləğində neft məhsulları ixrac edib.

Gün.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan xam neftin miqdarı 13 mln. 789 min 214 ton, neft məhsullarının miqdarı isə 983 min 104 ton təşkil edib.

Bu ilin yeddi ayında ixrac olunan xam neftin məbləği ötən ilin müvafiq dövründən 2%, neft məhsullarının ixracı isə 4% azalıb.Bu ilin yanvar-iyul aylarında xam neft ümumi ixracın 85%-ni, neft məhsulları isə 5%-ni tutub.

Qeyd edək ki,yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 13 mlrd. 249 mln. 052 min dolllar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et