Neft, kvotanın 1 ay uzadılması ilə bahalaşır | Banco.az

Neft, kvotanın 1 ay uzadılması ilə bahalaşır

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. 

Qərar neft qiymətlərinin yüksəlməsini dəstəkləyib.

Bakı vaxtı ilə saat 07:50-də Brent nefti 1,4% bahalaşma ilə 42,89 dollardan, Qərbi Texas nefti isə 1% bahalaşma ilə 39,95 dollardan alıcı tapıb.

Bu gün Brent neftin qiyməti 43,40 dolları, Qərbi Texas neftinin qiyməti isə 40,38 dolları test edib.

Razılşamaya görə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,616 milyon barrel azaldacaqlar. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında  əlavə olaraq, təxminən, 1,2 milyon barrel  həcmində ixtisar edəcəklər.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram