Neft kəskin ucuzlaşdı | Banco.az

Neft kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadi görünüşü ilə bağlı mənfi proqnozlar neft bazarında ciddi itkilərə səbəb olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft yeni həftənin ilk ticarət günündə kəskin ucuzlaşıb.

ABŞ xam nefti və Brent markalı neft 5 faizə qədər ucuzlaşıb. ABŞ xam nefti 88 dollardan, Brent nefti isə 94 dollardan aşağı düşüb.

Xatırladaq ki, ABŞ xam nefti yeni günə 90 dollar, Brent markalı neft isə 96 dollar səviyyəsində başlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram