Neft həftəni qazancla başa vurmağa hazırlaşır | Banco.az

Neft həftəni qazancla başa vurmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri həftəlik qazancını saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən oktyabr ayında hasilatın artırılması ilə bağlı heç bir yenilik açıqlanmamasına baxmayaraq həftəni qazancla başa vurmağa hazırlaşır.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) cüzi dəyişikliklə hazırda bir bareli 69.92 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,1% bahalaşaraq bir bareli 73.13 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et