Neft həftəlik qazanc silsiləsini davam etdirir | Banco.az

Neft həftəlik qazanc silsiləsini davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft ardıcıl 4-cü həftəni də qazancla başa vurmağa doğru gedir.

Banco.az xəbər verir ki, neft qlobal bazarın sərtləşməsi və zəifləyən dolların dəstəyi ilə ardıcıl dördüncü həftəlik qazancını əldə edib.

ABŞ xam nefti həftəlik qazancını təxminən 2 faizə çatdırıb və ötən ilin iyun ayında bəri ən uzun müddətli yüksəliş tempinə nail olaraq bir bareli 83 dollara qədər bahalaşıb. Bahalaşma OPEC+-ın ixtisar qərarı və həm Avropa, həm də Asiyada alışların intensivləşməsi səbəbindən baş verib.

Brent markalı neft isə hazırda 85,85 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram